"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nazim Qaraxanov: “ümumi vergi ödəyicilərinin ödəniş səviyyəsini 25 faizədək artıra bilmişik”

--2016-09-07 / 10:59

“əmlak vergisinin yığımıyla bağlı hələ ötən ildən ciddi layihələri icra edirik”- bu fikirləri Belediyye.infoya Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib.

Onun sözlərinə görə, prezident sərəncamıyla əmlak vergisinin yığımında edilən dəyişiklik, o cümlədən şəffaflığın təmin edilməsi məqsədiylə nəğdsiz ödənişlərin tətbiq edilməsi bələdiyyələrdə məsuliyyət yükünü artırıb.  Prezidentin bu addımı bələdiyyələrdə  bu günədək baş verən neqativ halların qarşısının alınmasına imkan verdi. Artıq bununla bələdiyyəmiz tərəfindən də real olaraq addımlar atılmaqdadır.

Respublikada ilk olaraq onlayn ödənişin tətbiq edilməsini həyata keçirmişik. Bu gün onlayn ödəniş sistemiylə ay ərzində 5-7 min manat bələdiyyə büdcəsinə vəsait daxil olur.

Bu günlərdə  ilk  olaraq“Çağrı” Mərkəzini istifadəyə vermişik. Məqsəd yerli vergilərlə bağlı sakinləri maraqlandıran sualları operativ cavablandırmaq və əmlak vergisiylə bağlı borcların olması barədə telefonla sakinləri xəbərdar etməkdir.

Bununlıa yanaşı böyük  məbləğdə borcu olanlar barəsində məhkəməyə müraciətlər edilir ki, bununda nəticəsində hazırda vergi ödəyicilərinin sayı artmaqdadır.

Sədrin sözlərinə görə, hazırda ümumi vergi ödəyicilərinin ödəniş səviyyəsini 12 % -dən 25 %-dək artıra bilmişik.  iilin sonunadək yəqin ki bu rəqəmi 35-40 % çatdıra biləcəyik.

Belediyye.info  

ŞƏRHLƏR